Maşınların utilizasiyası tələblərini pozanlar 600 manat CƏRİMƏLƏNƏCƏK  

Maşınların utilizasiyası tələblərini pozanlar 600 manat CƏRİMƏLƏNƏCƏK  

Hazırda oxunan: Maşınların utilizasiyası tələblərini pozanlar 600 manat CƏRİMƏLƏNƏCƏK  

140012

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası tələblərini pozanlar 600 manat cərimələnəcək. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. 

Məcəlləyə təklif olunan dəyişikliyə əsasən, utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası zamanı "Tullantılar haqqında" qanunun tələblərinin pozulmasına və yaxud yerinə yetirilməməsinə görə vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər isə 600 manat cərimə ödəyəcək. 
Bundan başqa, digər yeni maddə ilə utilizator tərəfindən utilizatorların reyestetrində onun haqqında olan məlumatlarda baş vermiş dəyişikliklər barədə qanunda nəzərdə tutulan qaydada və müddətdə nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora məlumatın verilməməsinə görə yenə də vəzifəli şəxslərin 300 manat, hüquqi şəxslərin isə 600 manat cərimə edilməsi nəzərdə tutulur. 

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO