Azərbaycanda skuterlər üçün yol zolağı salınacaq? - TƏKLİF

Azərbaycanda skuterlər üçün yol zolağı salınacaq? - TƏKLİF

Hazırda oxunan: Azərbaycanda skuterlər üçün yol zolağı salınacaq? - TƏKLİF

140007

Azərbaycanda skuterlər üçün yol zolağının salınması təklif olunur.

Bizim.Media xəbər verir ki, bu təklifi Milli Məclisin deputatı Emin Hacıyev parlamentin iyunun 6-da keçirilən növbədənkənar sessiyasının ilk plenar iclasında çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, skuter sürənlər yolda piyada və avtomobillərə dəyir və bu da ciddi narazılığa səbəb olur: 

"Bu sahədə vəziyyəti nizama salmaq və təhlükəsizliyi təmin etmək üçün müvafiq infrastruktur yaradılmalıdır. Artıq skuterlər və velosipedlər üçün ayrıca yol zolağının ayrılması zərurətə çevrilib. Bu da sağlam həyat şəraitinə gətirib çıxara və tıxacların azalmasına səbəb ola bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO