İtkin düşən hərbi qulluqçularla bağlı YENİ QAYDALAR müəyyənləşir

İtkin düşən hərbi qulluqçularla bağlı YENİ QAYDALAR müəyyənləşir

Hazırda oxunan: İtkin düşən hərbi qulluqçularla bağlı YENİ QAYDALAR müəyyənləşir

140003

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə əsasən Mülki Məcəlləyə dəyişiklikləri ikinci oxunuşda təsdiqləyib.

Məcəlləyə dəyişikliklər hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxsin ölmüş elan edilməsinə dair yeni proseduranı özündə əks etdirir.

Bizim.Media xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin iyunun 6-da keçirilən növbədənkənar iclasının gündəliyində ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsi Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 807-VIQD nömrəli və 24 fevral tarixli 822-VIQD nömrəli qanunlarının 41.2-ci maddəsinə dəyişiklikləri özündə ehtiva edir.

Sənədə əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər.

Təklif olunan dəyişiklik məhkəməyə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən 6 aydan tez olmayaraq ölmüş elan etməsinə səlahiyyət verir.
Qanun layihəsi ikinci oxunuşdan sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO