“Özümüz deyib, özümüz eşidirik” – Tahir Kərimlidən ETİRAZ 

“Özümüz deyib, özümüz eşidirik” – Tahir Kərimlidən ETİRAZ 

Hazırda oxunan: “Özümüz deyib, özümüz eşidirik” – Tahir Kərimlidən ETİRAZ 

139998

“Ağsu dolayları ilə bağlı problemlərin həlli üçün dəfələrlə müraciət etmişəm. Deyirlər ki, “bu il həll olunacaq, gələn il həll olunacaq”. Ancaq heç bir məsələ həll olunmur. Özümüz deyib, özümüz eşidirik”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Tahir Kərimli Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında çıxışı zamanı səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Dünyada qapı-qapı düşüb, borc istəyən ölkələr var” – Siyavuş Novruzov  


“Hazırda ötən ilin büdcəsi zamanı etdiyim çıxışa, qaldırdığım problemlərə baxıram, heç biri icra olunmayıb. Seçicilərimiz əvvəl bizə deyirdilər ki, bu məsələni qaldırın. İndi isə deyirlər ki, hansı qaldırdığınız məsələ qəbul olunub? Hökumətdən xahişim odur ki, qaldırılan məsələləri yerinə yetirsinlər”, - deyə deputat əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO