Tanınmış jurnalist yeni televiziya layihəsinə başladı...

Tanınmış jurnalist yeni televiziya layihəsinə başladı...

Hazırda oxunan: Tanınmış jurnalist yeni televiziya layihəsinə başladı...

139969


Lider TV-nin “Azərbaycan”x9d redaksiyası yeni televiziya layihəsinə başlayıb. Bu həftədən etibarən hə həftənin çərşənbə günü 20 hissəli “Torpağımız... Tariximiz... Taleyimiz”x9d layihəsi tamaşaçılara tədqim ediləcək.
“Azərbaycan”x9d redaksiyasının baş redaktoru, layihənin rəhbəri Füzuli Sabiroğlu Moderator.az saytına açıqlamasında yeni teleməhsul barəsində bunları deyib:
“Layihəyə daxil olan filmlərin yaradılmasında ərazi prinsipi əsas götürülüb və bütün Qərbi Azərbaycan ərazisini əhatə edir. Qərbi Azərbaycan ərazisi ən qədim zamanlardan əsasən Zəngibasar, Vedibasar, Gərnibasar, Zəngəzur, Göyçə, Qaraqoyun, Dərələyəz, Talin, Seyid-Axsaxlı, Kərpibasar, Aparan, Şəmşəddin, Sərdarabad, Ağbaba-Şəröyel, Loru, Pəmbək, Dərəçiçək, Qırxbulaq mahallarına bölünüb. Bu mahallar haqqında tamaşaçıda dolğun təsəvvür yaratmaq üçün layihədə onların hər biri haqqında filmlərdə məlumat verilir. Silsiləyə daxil olan filmlərdə Qədim Azərbaycan mahallarının tarixi, tarixi abidələri, adət-ənənələri, mədəniyyəti və ziyalı mühiti, təhsil müəssisələri, Azəbaycan dilli mətbuat, teatr, ədəbi mühit və bu sahələrdə xidmətlər göstərmiş ziyalılar barədə tam təəssürat yaradılır. Layihədə Qərbi Azərbaycan ərazisini ətraflı tədqiq etmiş tarixçilərdən İsrafil Məmmədov (O, həm də layihənin baş məsləhətçisidir), Nazim Mustafa, Əziz Ələkbərli, Əsgər Zeynalov, Cəlal Allahverdiyev, Vasif Qafarov, Aslan Bayramov, Kərəm Məmmədov və başqa tədqiqatçıların elmi araşdırmalarından istifadə olunub. Vaxtı ilə Qərbi Azərbaycanda yaşamış və işləmiş, orada mövcud olmuş Azərbaycan ədəbi-mədəni mühitinə, o ərazilərin tarixinə yaxından bələd olan, bu istiqamətdə araşdırmalar aparan tədqiqatçıların da fikirlərinə filmlərdə yer verilir”x9d.
Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO