Bərdədə polislərə qarşı İNSİDENT: Yaralananlar var 

Bərdədə polislərə qarşı İNSİDENT: Yaralananlar var 

Hazırda oxunan: Bərdədə polislərə qarşı İNSİDENT: Yaralananlar var 

139939

Bərdədə polisə müqavimət göstərilib, xəsarət alan var. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunmuş İmdad Abdullayev və Tural Həsənovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirilib.

Onlar saxlanılarkən İ.Abdullayev üzərində gəzdirdiyi bıçaqla polis əməkdaşlarına müqavimət göstərib. 

Polis əməkdaşları tərəfindən həyat və sağlamlıq üçün real təhlükə yarandığından xidməti tabel silahı tətbiq edilib. Onlardan biri ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib, digəri isə saxlanılıb. 

Onlara məxsus çantadan ümumi çəkisi 5 kq 140 qr narkotik maddə olan heroin, 300 qram marixuna və bir ədəd bıçaq götürülüb. 

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, istintaq tədbirləri həyata keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO