Zaqatalanın ən ucqar kəndindəki bir əsrlik məktəb - FOTO

Zaqatalanın ən ucqar kəndindəki bir əsrlik məktəb - FOTO

Hazırda oxunan: Zaqatalanın ən ucqar kəndindəki bir əsrlik məktəb - FOTO

139933

Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində R.Muradov adına tam orta məktəbin təsis edilməsindən 100 il keçib. Elə bu münasibətlə "Bir əsrin xatirəsi" adlı yubiley tədbiri baş tutub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yubiley tədbirində Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşları, eləcə də qazilər, təhsil ocağının məzunları, ictimaiyyətin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Məktəbin direktoru Ramin Qarayev qonaqları salamlayıb və təhsil müəssisənin tarixi inkişaf yolundan, qazandığı uğurlar barədə məlumat verib.

Çıxışlarda həmçinin məktəbin son illərdə nailiyyətlərinin yaxşılaşdığı, məzunların ali məktəblərə qəbul göstəricilərinin yüksəldiyi qeyd edilib, məktəbin təcrübəli pedaqoji kollektivinin olduğu, müəllimlərin səylə çalışdıqları bildirilib.

Yubiley tədbiri şagirdlərin ifasında maraqlı konsert proqramı, ədəbi-bədii kompozisiyalarla davam edib. 

Sonda gənc nəslin təlim-tərbiyəsi sahəsində uzun illər səmərəli pedaqoji fəaliyyətinə görə bir qrup müəllimə Regional Təhsil İdarəsinin fəxri fərman və hədiyyələri təqdim olunub.








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO