Lənkəran-Astara iqtisadi rayonunun inkişafı üzrə hazırlanmış sənədlər təqdim edilib

Lənkəran-Astara iqtisadi rayonunun inkişafı üzrə hazırlanmış sənədlər təqdim edilib

Hazırda oxunan: Lənkəran-Astara iqtisadi rayonunun inkişafı üzrə hazırlanmış sənədlər təqdim edilib

139907

Avropa İttifaqının maliyyələşdirdiyi, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin benefisiarı olduğu “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” texniki yardım layihəsi çərçivəsində görülən işlər müzakirə edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. 

Məlumata görə, layihə çərçivəsində Lerik rayonu üzrə hazırlanan inkişaf planı təqdim olunub.

Bununla bağlı keçirilən tədbirdə nazir müavini Sahib Məmmədov qeyd edib ki, ölkəmizdə regionların tarazlı inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindəndir, bu məqsədlə həyata keçirilən sosial-iqtisadi inkişaf dövlət proqramları rayonlarda işgüzar mühitin davamlı yaxşılaşmasında, sosial rifahın yüksəlməsində xüsusi əhəmiyyət kəsb edir. 

Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişafı, özəl sektorun dəstəklənməsi üçün müxtəlif alətlər tətbiq olunur. Bu baxımdan, beynəlxalq təşkilatlarla, xüsusilə Avropa İttifaqı ilə müxtəlif proqram və layihələr çərçivəsində əməkdaşlığa xüsusi diqqət yetirilir.
2021-ci ilin 1 sentyabrından icrasına başlanılan “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” texniki yardım layihəsinin regionların sosial-iqtisadi inkişafına töhfəsi ilə bağlı gözləntilərin böyük olduğunu qeyd edən nazir müavini layihə çərçivəsində hazırlanmış sənədlər barədə rəy və təkliflərini layihə komandasına bildirərək layihənin icrası istiqamətində işlərin sürətləndirilməsi və nəzarətin gücləndirilməsini tövsiyə edib. 

Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko birgə layihələr üzrə dövlət qurumları ilə əməkdaşlığın genişləndirilməsinin, o cümlədən "Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi" layihəsinin önəmini vurğulayıb. O, bildirib ki, layihə üzrə Yol Xəritəsinə müvafiq olaraq Lerikin 2023-2028-ci illər üçün inkişaf planı, rayonda kənd təsərrüfatı, aqroturizm və ekoturizmin inkişafına dair sənədlər hazırlanıb.

Tədbir çərçivəsində Lerikin inkişaf planı və buna dair müvafiq sənədlərin təqdimatı olub, sənədlərlə bağlı aidiyyəti qurumların iştirakı ilə geniş tərkibli müzakirələr aparılıb. 

Qeyd edək ki, "Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi" layihəsinin məqsədi regional ərazi inkişaf planlaşdırma sisteminin təkmilləşdirilməsi, meyvə və tərəvəz sektorunda müasir yerli iqtisadi və icma əməkdaşlıq mərkəzi şəbəkəsinin yaradılması, eləcə də sahibkarlıq və investisiya şərtlərinin yaxşılaşdırılması vasitəsilə Lənkəran-Astara iqtisadi rayonunda meyvə və tərəvəz sektorunun rəqabət qabiliyyətinin və əlavə dəyərinin artırılmasıdır. Layihənin icra müddəti 38 aydır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO