Hərbi vəzifəlilər ilə növbəti təlim toplanışı keçirilir - FOTO 

Hərbi vəzifəlilər ilə növbəti təlim toplanışı keçirilir - FOTO 

Hazırda oxunan: Hərbi vəzifəlilər ilə növbəti təlim toplanışı keçirilir - FOTO 

139878

Cari ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə növbəti təlim toplanışı keçirilir.  

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Məlumata görə, plana uyğun olaraq, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyat və həkim müayinəsindən keçən hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar. Hərbi vəzifəlilərə hərbi-vətənpərvərlik mövzusunda hazırlanmış film nümayiş etdirilib.  

Mütəmadi olaraq keçirilən toplanışın əsas məqsədi hərbi vəzifəlilərin döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO