Baş prokuror AŞPA-nın həmməruzəçiləri ilə görüşüb - FOTO 

Hazırda oxunan: Baş prokuror AŞPA-nın həmməruzəçiləri ilə görüşüb - FOTO 

139870

İyunun 5-də Baş prokuror ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen ilə görüşüb.

Bizim.Media xəbər verir ki, qonaqları salamlayan Kamran Əliyev Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Avropa Şurasının qabaqcıl təcrübəsinin öyrənilməsinin önəmli olduğunu qeyd edib.  

Baş prokuror dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar, o cümlədən 2020-ci ilin iyununda təsdiq olunmuş yeni strukturda yer almış cinayət təqibindən kənar icraatlar, əmlakların bərpası və xidməti araşdırmalar üzrə fəaliyyət istiqamətləri barədə qonaqları məlumatlandırıb. 

Ölkəmizə səfərlərindən məmnunluqlarını ifadə edən AŞPA-nın həmməruzəçiləri Azərbaycanın hüquq sistemində aparılan islahatları müsbət qiymətləndirdiklərini vurğulayaraq, Avropa Şurası ilə ölkəmizin müvafiq qurumları ilə əlaqələrin inkişafında və qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildirib.  
Tərəflər arasında Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icra vəziyyəti müzakirə edilərək, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.  

Görüşdə Avropa Şurasının Bakı Ofisinin rəhbəri Petr Zix və Milli Məclisin deputatı Kamal Cəfərov iştirak ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO