Xızıda nakam sevgi şairi Mikayıl Müşfiqin anadan olmasının 115-ci ildönümü qeyd olunub.
Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, M.Müşfiqin ata yurdu Sayadlar kəndindəki ev muzeyinə yığışan ziyalılar, söz, sənət adamları cəmi 29 il yaşamış şairi hörmətlə anıblar.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı sektorunun müdiri Mönsüm Bağırov Mikayıl Müşfiqin parlaq, amma yarıda kəsilən poeziyasından danışıb və qonaqları salamlayıb.
Şairə Ofeliya Babayeva Müşfiqin həmişəyaşar poeziyasından söz açıb, onun, unudulmaz şeir və əsərləri ilə ölməzlik qazandığını vurğulayıb.
Şair Ağasəfa, Nəcməddin Mürvətov, şair Nəbi Xəzrinin oğlu Arzu Babayev və digər ziyalılar 1937-ci il qaragüruhunun qurbanı olmuş Mikayıl Müşfiqlə bağlı ürək sözlərini Müşfiq ocağına gələnlərlə bölüşüblər.
Tədbirdə Mükayıl Müşfiqin yaxın qohumu Vahab İsmayılzadə, Xızı Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Şair Ağasəfa Müşfiqə həsr etdiyi yeni kitabını iştirakçılara paylayıb. Xızı Uşaq Musiqi Məktəbinin "Xızı dağları" ansamblının üzvləri Müşfiqin sözlərinə yazılmış mahnıları ifa ediblər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:33 / 05.06.2023
Xızıda Mikayıl Müşfiqin anadan olmasının 115-ci ildönümü qeyd olundu – FOTO
Hazırda oxunan: Xızıda Mikayıl Müşfiqin anadan olmasının 115-ci ildönümü qeyd olundu – FOTO
Hazırda oxunan: Xızıda Mikayıl Müşfiqin anadan olmasının 115-ci ildönümü qeyd olundu – FOTO
139811
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.