Mikayıl Müşfiq  ”“ 108

Mikayıl Müşfiq ”“ 108

Hazırda oxunan: Mikayıl Müşfiq ”“ 108

139695
Bu gün azərbaycanlı şair Mikayıl Müşfiqin doğum günüdür.

Moderator.az xəbər verir ki, İsmayılzadə Mikayıl Əbdülqadir oğlu (Mikayıl Müşfiq) 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olub.

Mikayıl Müşfiq əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub.

Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib (1927-1931).

Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın (Süleyman Rəhimov küç., 108) qarşısına xatirə lövhəsi vurulub.

Müşfiqin “Yenə o bağ olaydı”x9d, “Oxu, tar”x9d və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

1930-50-ci illərdə ölkəni bürüyən repressiyalar zamanı təqib və böhtanlara məruz qalaraq, gənc yaşında həbs edilib. Bir çox ziyalılarımız kimi “xalq düşməni”x9d damğası ilə 1938-ci il yanvarın 6-da güllələnib.

Əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, məktəbə, küçəyə və qəsəbəyə adı verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO