Şimal gömrüyündə YENİ TƏYİNAT

Şimal gömrüyündə YENİ TƏYİNAT

Hazırda oxunan: Şimal gömrüyündə YENİ TƏYİNAT

139665

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Şimal Gömrük Baş Ərazi İdarəsinə yeni rəis təyin edib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu vəzifəyə Cənub Gömrük Baş Ərazi İdarəsinin rəisi Pərviz Rəhimov təyinat alıb.

Qeyd edək ki, Pərviz Rəhimov Cənub Gömrüyünə olan təyinatdan əvvəl də Şimal Gömrük Baş Ərazi İdarəsinin rəisi olub.

Şahin Bağırov onu yenidən şimal gömrüyünə rəhbər təyin edib.

Xatırladaq ki, Şimal Gömrük Baş Ərazi İdarəsinin rəisi Rauf Rzayev bir neçə gün əvvəl yaş həddinə görə təqaüdə göndərilib. 
Şimal Gömrük Baş Ərazi  İdarəsinin yeni rəisi Pərviz Rəhimovun Rusiyada yaşayan məşhur milyarder, hüquq elmləri doktoru, professsor İlham Rəhimovun yaxın qohumu olduğu deyilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO