Dənizdə batan 2 nəfər xilas edildi

Dənizdə batan 2 nəfər xilas edildi

Hazırda oxunan: Dənizdə batan 2 nəfər xilas edildi

139649

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində 2 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Nardaran” sularda xilasetmə məntəqəsinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə hava şarı üzərində batma təhlükəsində olan Bakı şəhər sakinləri 1995-ci il təvəllüdlü A.Axmedov və 1999-cu il təvəllüdlü E.Xələfov dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO