Qəbələdə uşaq yaradıcılıq festivalı keçirildi - FOTO

Qəbələdə uşaq yaradıcılıq festivalı keçirildi - FOTO

Hazırda oxunan: Qəbələdə uşaq yaradıcılıq festivalı keçirildi - FOTO

139603

Qəbələ şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar təşkil edilən uşaq yaradıcılıq festivalında rayon icra hakimiyyətinin, Şəki-Zaqatala regional təhsil idarəsinin, rayonun hüquq-mühafizə orqanlarının, təhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ictimaiyyəti, ağsaqqallar, uşaqlar, Vətən müharibəsi şəhidlərinin və qazilərin övladları iştirak edib. 

Bu barədə Bizim.Media-ya rayon təhsil sektorundan məlumat verilib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, istedadlı uşaqların qabiliyyətlərinin üzə çıxarılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlıqlarının qorunması ilə yanaşı, həm də təhsillərinin artırılması yönümündə belə festivalların təşkili mühüm əhəmiyyət kəsb edir.  

Tədbir iştirakçıları rayonun ümumtəhsil, məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrinin, rayon incəsənət məktəbinin şagirdlərinin, eləcə də uşaq və ailələrə dəstək mərkəzində, rəsm qalareyasında fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olub. 
Həmçinin Olimpiya İdman Kompleksində, Qəbələ İdman Klubunda məşğul olan idmançı uşaqların idman hərəkətlərinə baxış keçirib, uşaqların ifasında şeir və mahnılar dinləyib. 

Sonda rayon icra hakimiyyəti tərəfindən şəhid və qazilərin övladlarına hədiyyələr təqdim edilib. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO