Ötən gün axşama doğru Oğuz rayon ərazisində güclü küləklə müşahidə olunan leysan yağıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, nəticədə bölgənin əsas magistrallarından biri olan Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda hərəkət bir müddətlik dayanıb. Buna səbəb küləyin yola qovaq ağacını aşırması olub.
Hadisə gec saatlarında baş verməsinə baxmayaraq Oğuz rayon fövqəladə hallar komissiyası və müvafiq təşkilatlar hadisə yerinə cəlb edilib və yola düşən ağacın hissələri xüsusi texnikalar vasitəsilə kəsilib.
Magistralda hərəkət bərpa olunub.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu