Bərdədə anasını və qardaşı arvadını bıçaqlayan şəxs saxlanıldı

Bərdədə anasını və qardaşı arvadını bıçaqlayan şəxs saxlanıldı

Hazırda oxunan: Bərdədə anasını və qardaşı arvadını bıçaqlayan şəxs saxlanıldı

139569

Bərdə rayonunun Güloğlular kəndi ərazisində qardaşının həyat yoldaşına və öz anasına bıçaqla xəsarət yetirən şəxs barəsində rayon polis şöbəsinə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. 

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Hacıbala İsayev saxlanılıb. 

İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verib. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO