“Şuşada kütləvi məzarlıq aşkarlanan ərazidə araşdırmaların miqyası genişləndiriləcək” - Ekspedisiya rəisi

“Şuşada kütləvi məzarlıq aşkarlanan ərazidə araşdırmaların miqyası genişləndiriləcək” - Ekspedisiya rəisi

Hazırda oxunan: “Şuşada kütləvi məzarlıq aşkarlanan ərazidə araşdırmaların miqyası genişləndiriləcək” - Ekspedisiya rəisi

139525

“Şuşada kütləvi məzarlıq aşkarlanan ərazidə araşdırmaların miqyası genişləndiriləcək”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi, Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının rəisi Akif Quliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, iyunun 2-də Şuşa türməsi ərazisində insan qalıqlarının skleti aşkara çıxarılıb və araşdırmalar aparmaq üçün əraziyə ezam olunublar.

A.Quliyev bildirib ki, əraziyə baxış keçiriblər:

“İnsan qalıqlarının, həqiqətən, aşkara çıxarıldğı məlum oldu. Şahidlərin ifadəsinə görə, Birinci Qarabağ müharibəsi zamanı burada Azərbaycan vətəndaşları saxlanılıb və ölənlər türmənin ərazisində dəfn edilib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, burada 3-4 insan dəfn edilib. Araşdırmaların miqyası genişləndiriləcək və nəticələr barədə məlumat veriləcək.

Həmçinin digər ərazilərdə də Azərbaycan vətəndaşlarının dəfn olunmasına dair məlumat var. Oralarda da araşdırma aparılacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO