Torpaqlarımız işğaldan azad olunandan sonra Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarışı prosesinə başlanılıb.
Bizim.Media xəbər verir ki, bunu Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ötən dövr ərzində Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşlar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə 400-dən artıq insan meyit qalıqları aşkar edilmiş və həmin insan meyit qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə eynişləşdirmə aparılması məqsədilə məhkəmə tibbi kriminalistik ekspertizası ilə yanaşı 200-dğn artıq məhkəmə monekulyar genetik ekpertizası təyin edilmişdir.
"Biz Şuşa həbsxanasının ərazisində ən azı 4 şəxsə məxsus meyit qalıqları aşkar edilib. Onların Birinci Qarabağ müharibəsi dövründə burada saxlanılan azərbaycanlılara aid olduğu ehtimal edilir", - deyə o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:34 / 03.06.2023
İşğaldan azad edilən ərazilərdə 400-dən artıq insan qalıqları aşkar edilib - Hərbi Prokurorluq
Hazırda oxunan: İşğaldan azad edilən ərazilərdə 400-dən artıq insan qalıqları aşkar edilib - Hərbi Prokurorluq
Hazırda oxunan: İşğaldan azad edilən ərazilərdə 400-dən artıq insan qalıqları aşkar edilib - Hərbi Prokurorluq
139524
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.