Uşağın doğulmasına görə birdəfəlik müavinət artırılır?

Uşağın doğulmasına görə birdəfəlik müavinət artırılır?

Hazırda oxunan: Uşağın doğulmasına görə birdəfəlik müavinət artırılır?

139496

“Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” AR-nın Qanunu ilə təsdiq edilmiş Fondun xərcləri gəlirlərində olduğu kimi, 4,0 milyon manat (0,1%) artırılaraq 6 milyard 268,0 milyon manat məbləğində müəyyən edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” AR-nın Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsinə Hesablama Palatasının rəyində əks olunub. 

Dəyişikliyə əsasən, uşağın anadan olmasına görə ödənilən müavinət üzrə xərclənməsi gözlənilən vəsaitin məbləği 4,0 milyon manat (14,3%) artırılıb. Amma dəfn müavinəti üzrə xərc edilməsi gözlənilən vəsait isə eyni məbləğdə (9,8%) azaldılıb ki, bu da nəticədə ilin əvvəlində təsdiq edilmiş əhaliyə ödənişlər üzrə ümumi xərc məbləğinə təsirsiz qalıb. 
İzahata əsasən, cari ildə uşağın anadan olmasına görə ödəniləcək müavinət üzrə xərclərin artımla gözlənilməsi, yeni doğulan uşaqların sayının artımı ilə deyil, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” AR Prezidentinin 2013-cü il 29 avqust tarixli Fərmanında dəyişiklik edilməsi barədə” AR Prezidentinin 2023-cü il 13 yanvar tarixli Fərmanına əsasən, 2023-cü ilin yanvar ayının 1-dən uşağın anadan olmasına görə müavinətin məbləğinin 300 manatdan 500 manata yüksəldilməsi ilə əlaqədardır. 

Dəfn müavinəti üzrə xərc ediləcək vəsaitin həcminin azalması səbəbi kimi isə pandemiyanın təsirlərinin minimuma enməsi göstərilib. 

Büdcə xərclərində gözlənilən artım DSMF-nin saxlanması üzrə xərclərin artımı hesabına baş verib. Belə ki, Layihəyə əsasən saxlanma xərclərinin 4 milyon manat (3,9%) artırılaraq, ilin sonuna 106,7 mln. manat səviyyəsində olacağı gözlənillir ki, bu da saxlanma xərcləri üçün müəyyən edilib, “Əmək pensiyaları haqqında” AR-nın Qanunu ilə tənzimlənən, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 2,5%-i nisbətində müəyyənləşdirilən həddən aşağıdır. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO