Əllərindən telefon düşməyən AVTOBUS SÜRÜCÜLƏRİ: Təhlükə nə vaxtadək davam edəcək? - VİDEO 

Əllərindən telefon düşməyən AVTOBUS SÜRÜCÜLƏRİ: Təhlükə nə vaxtadək davam edəcək? - VİDEO 

Hazırda oxunan: Əllərindən telefon düşməyən AVTOBUS SÜRÜCÜLƏRİ: Təhlükə nə vaxtadək davam edəcək? - VİDEO 

139462

Bəzi avtobus sürücüləri məişət problemlərini elə sükan arxasında olarkən telefonla həll edirlər. 

Bizim.Media xəbər verir ki, onlar avtobus hərəkətdə olarkən davamlı olaraq telefonla danışır, bəzən təhlükəli vəziyyət də yaradırlar.   

Paytaxtda fəaliyyət göstərən 12 və 51 saylı marşrut xətləri üzrə işləyən avtobuslarda mövzu ilə bağlı videogörüntülər qeydə alınıb. 

Məsələyə münasibət bildirən 51 nömrəli avtobusların aid olduğu daşıyıcı şirkətin direktoru Qalib Salahov bildirib ki, həmin sürücü Musayev Novruz Xaliq oğludur. Ona əməlinə görə töhmət verilib. 

12 nömrəli avtobusların aid olduğu daşıyıcı şirkətin rəhbəri Fikrət Əhmədov isə suala cavab verməyib.  

Mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, sürücülərin sükan arxasında telefondan istifadə etməsi qanun pozuntusu olmaqla yanaşı, təhlükəsizlik baxımından da risk yaradır. Buna görə də sözügedən marşrut xətləri üzrə daşıyıcılara agentlik tərəfindən xəbərdarlıq ediləcək. 

Daha ətraflı süjetdə: 
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO