Ötən ay neçə nəfərə elmi dərəcə verilib?

Ötən ay neçə nəfərə elmi dərəcə verilib?

Hazırda oxunan: Ötən ay neçə nəfərə elmi dərəcə verilib?

139384

May ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.

Bildirilib ki, ötən ay 49 nəfərə fəlsəfə doktoru, 13 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 32 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 5 nəfərə imtina cavabı gəlib. 
May ayı ərzində 26 nəfərə dosent, 6 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 1 nəfərə, professor elmi adı almaq istəyən 2 nəfərə isə imtina verilib. 

Nostrifikasiya və təkrar attestasiyadan keçən 5 nəfərə fəlsəfə doktoru, 1 nəfərə elmlər doktoru adı verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO