Ucarda küləyin sıradan çıxardığı elektrik enerjisi iki gündür BƏRPA OLUNMUR – “Azərişıq”dan maraqlı AÇIQLAMA  

Ucarda küləyin sıradan çıxardığı elektrik enerjisi iki gündür BƏRPA OLUNMUR – “Azərişıq”dan maraqlı AÇIQLAMA  

Hazırda oxunan: Ucarda küləyin sıradan çıxardığı elektrik enerjisi iki gündür BƏRPA OLUNMUR – “Azərişıq”dan maraqlı AÇIQLAMA  

139336

İki gün əvvəl Ucar rayonunda yağışla müşayiət olunan güclü külək rayonun elektrik enerji sistemini sıradan çıxarıb. Bu səbəbdən bir neçə ərazidə naqillərdə baş verən qırılmalar səbəbindən Ucarda və rayonun 3 kəndində elektrik enerjisi təchizatı dayandırılıb. 

“Azərişıq” ASC iki gündür rayonda elektrik enerjisini  bərpa etmir.

Bununla bağlı Bizim.Media-ya müraciət edən rayonun Lək kənd sakinlərinin sözlərinə görə istifadə etdikləri hər şey elektrik enerjisi ilə əlaqədar olduğundan durum çətinləşib.
 

MÖVZU İLƏ BAĞLI:

Ucarda güclü külək ağacları aşırdı - Rayonda elektrik enerjisi dayandırılıb 


Soyuducuda saxladıqları məhsullar iki gün ərzində xarab olub. Rayonun müvafiq şöbəsinə müraciət etsələr də, sakinlərə “gözləyin” deyə bildirilir. 

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin əməkdaşı Pərvanə Kazımzadə bildirib ki, qurum əməkdaşları ərazidədirlər və işığın bərpa olunması üçün işlər gedir: 

“3 işıq dirəyi vətəndaşın taxıl sahəsinə aşıb. Vətəndaş taxıl biçinə getdiyi üçün sahədə iş görülməsinə imkan vermirdi. Həmçinin sahəyə ağır texnika daxil olmalı idi ki, dirəyi qaldırsın. Nəhayət ki, vətəndaşın icazəsi alınıb və işə başlanıb. Qısa müddətdə Ucar elektrik enerjisi ilə təmin olunacaq”. 

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO