Qazaxıstanlı yüksək vəzifəli hərbçilər Azərbaycana gəldi - FOTO/VİDEO 

Qazaxıstanlı yüksək vəzifəli hərbçilər Azərbaycana gəldi - FOTO/VİDEO 

Hazırda oxunan: Qazaxıstanlı yüksək vəzifəli hərbçilər Azərbaycana gəldi - FOTO/VİDEO 

139303

Azərbaycan ilə Qazaxıstan arasında imzalanan 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Qazaxıstanın Müdafiə Nazirliyinin bir qrup nümayəndə heyəti ölkəmizdə səfərdədir. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzini, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət ediblər.

Nümayəndə heyətinə mərkəzlərin tarixi və fəaliyyəti barədə geniş brifinq təqdim olunub. Qonaqlar burada yaradılan şərait ilə tanış olub, keçirilən tədris prosesini izləyiblər. 
  
Sonra qazaxıstanlı nümayəndələr Əməliyyat (Komando) hərbi hissələrinin birinə gəliblər. Qonaqlara hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edilib.
Nümayəndə heyəti burada hərbi qulluqçular üçün yaradılan şərait və döyüş texnikası ilə tanış olub, hərbi hissənin təlim mərkəzində komandoların nümunəvi çıxışlarını izləyiblər. 
 











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO