Bu bölgələrdə yeni reabilitasiya mərkəzləri AÇILACAQ - RƏSMİ

Bu bölgələrdə yeni reabilitasiya mərkəzləri AÇILACAQ - RƏSMİ

Hazırda oxunan: Bu bölgələrdə yeni reabilitasiya mərkəzləri AÇILACAQ - RƏSMİ

139296

2018-ci ildən sonrakı dövrdə Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. 

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “2018-2023: sosial islahatlar və əldə olunan nailiyyətlər” mövzusunda mətbuat konfransından bildirib. 

Onun sözlərinə görə, Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi açıldığı bildirilib. Qeyd olunub ki, yaxın aylarda Şamaxıda Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzi açılacaq, Ağcabədi və Qubada da Uşaq Reabilitasiya Mərkəzlərinin tikintisinə başlanacaq: 
“Görülən işlər reabilitasiya xidmətləri göstərilənlərin illik sayında 3 dəfə artıma imkan verib. Qeyd olunan dövrdə Nazirliyin müəssisələrində 104 min şəxsə reabilitasiya xidmətləri göstərilib, əlilliyi olan şəxslərə 246 min reabilitasiya vasitəsi, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan 416 şəxsə 433 son nəsil yüksək texnologiyalı protez verilib, sosial xidmətlər, günərzi, icma əsaslı reabilitasiya mərkəzləri şəbəkəsi genişləndirilib”. 

Nazir müavini deyib ki, son beş ildə sosial sahədə geniş elektronlaşma proqramı icra olunub: 

“Nazirliyin 153 xidmətindən 140-dan çoxu elektronlaşdırılıb. Həmin dövrdə bu e-xidmətlərə 64 milyon müraciət, Nazirliyin e-sistemlərinə 572 milyon sorğu və müraciət qeydə alınıb, qurumun 31 e-xidməti üzərindən 3,3 milyon e-arayış verilib. Dövlət başçısının 2018-ci il 5 sentyabr tarixli Fərmanı ilə yaradılan "e-sosial.az” portalından isə 69 milyon dəfə istifadə edilib. Nazirlik tərəfindən 2019-cu ildən bəri yaradılan 51 proaktiv təyinat mexanizmi üzərindən sosial ödənişlər üzrə 715 min proaktiv təyinat həyata keçirilibi, 692 min fərdi hesab e-qaydada açılıb”. 

Anar Kərimov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında aparılan sosial islahatların uğurları beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir: 

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları 2022-ci ildə və 2023-cü ilin ilk rübündə 33 beynəlxalq mükafat və sertifikatla təltif olunub. Dövlət xidmətlərinin 2022-ci ildə «ASAN xidmət indeksi» üzrə qiymətləndirilməsində 24 mərkəzi icra hakimiyyəti orqanı arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1-ci yerə yüksəlib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO