ANAMA Laçına köçürülən əhali üçün təlimlərə BAŞLADI

ANAMA Laçına köçürülən əhali üçün təlimlərə BAŞLADI

Hazırda oxunan: ANAMA Laçına köçürülən əhali üçün təlimlərə BAŞLADI

139181

ANAMA tərəfindən davamlı olaraq həyata keçirilən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) təlimləri əhalinin işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz və dayanıqlı məskunlaşması, sağlam mühitin yaradılmasında əhəmiyyətli rol oynayır.

Bizim.Media xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.

Məlumata görə, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı çərçivəsində köç edən sakinlərə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə təlimlərinə başlanılıb. 
Laçın rayonuna geri dönən sakinlərin iştirak etdiyi təlimlərdə mina təhlükəsinin izahı, şübhəli ərazilərin əlamətləri, tanış olmayan ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları, eləcə də partlayıcı qurğuların törədə biləcəyi xəsarətlər barədə məlumat verilib. Təlimlər zamanı iştirakçılara xəbərdaredici və maarifləndirici qaydalar əks olunan broşur və posterlər paylanılıb. 

Hər bir vətəndaş bilməlidir ki, öz nizam-intizamlı, məsuliyyətli və sayıq davranışı ilə baş verə biləcək mina hadisələrindən həm özünü, həm də yaxınlarını qorumuş olacaq. 

Unutmayaq ki, partlayıcı qurğular insanlar arasında heç bir fərq qoymur!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO