Müstəqillik dövründə 256 azərbaycanlı uşaq erməni terrorunun QURBANI OLUB – ARAŞDIRMA

Müstəqillik dövründə 256 azərbaycanlı uşaq erməni terrorunun QURBANI OLUB – ARAŞDIRMA

Hazırda oxunan: Müstəqillik dövründə 256 azərbaycanlı uşaq erməni terrorunun QURBANI OLUB – ARAŞDIRMA

139150

İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. 

Təəssüflər olsun ki, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan müharibədə törədilən soyqırım və beynəlxalq hüquq normalarına zidd cinayət əməlləri uşaqları da əhatə edib.

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulan bir milyondan artıq sakinin 300 mindən çoxu uşaqlar idi. 

Bizim.Media xatırladır ki, I Qarabağ müharibəsi zamanı 210 uşaq öldürülüb,  270 uşaq sağlamlığını itirib, 92 uşaq isə girov götürülüb. Həmçinin 3393 uşaq valideynlərindən birini, 120 uşaq isə hər ikisini itirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Eçmiədzin kilsəsi – terror yuvası - ARAŞDIRMA - VİDEO


Təkcə Xocalı soyqırımı nəticəsində qətlə yetirilənlərin 76-sı uşaq olub. Bu amansız soyqırımı zamanı 155 uşaq bir və ya hər iki valideynini itirib. Ermənistan silahlıları tərəfindən 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsində isə 146 uşaq yetim qalıb.

1994-cü ildən 2020-ci ilə qədər, yəni atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub.

Bununla yanaşı, İkinci Qarabağ müharibəsində əhalini dəhşətə salmaq üçün ümumilikdə terror taktikasından geniş istifadə edən Ermənistan tətbiq etdiyi hərbi cinayətlər nəticəsində 12 uşaq amansızcasına qətlə yetirilib, 35 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 181 uşaq valideynlərindən birini, 5 uşaq hər iki valideynini itirib, bir ailə isə tamamilə məhv edilib.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO