Xaçmazda 4 nəfəri dişləyən it ZƏRƏRSİZLƏŞDİRİLDİ  

Xaçmazda 4 nəfəri dişləyən it ZƏRƏRSİZLƏŞDİRİLDİ  

Hazırda oxunan: Xaçmazda 4 nəfəri dişləyən it ZƏRƏRSİZLƏŞDİRİLDİ  

139125

"Xaçmazın Qaraçay-Çek kəndində 4 sakini dişləyən sahibsiz iti kənd sakinləri kürəklə vurub öldürüb. Çünki sahibsiz it həyətlərin birinə daxil olaraq orada quşlara zərər vermək istəyib. Bunu görən sakinlər özləri iti zərərsizləşdiriblər". 

Bu barədə Xaçmaz Heyvan Sağlamlıq və Baytar Xidməti İdarəsindən Bizim.Media-ya məlumat verilib.

Həmin itin meyitinin kənddən aralıda yerləşən bir yerdə basdırıldığı, bütün ərazinin dezinfeksiya edildiyi bildirilib.

Quduz olduğu ehtimal edilən sahibsiz itin dişlədiyi 3 itə də quduzluq əleyhinə vaksin vurulub. Xaçmaz Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən isə it dişləmiş 4 sakinin müalicəsinin davam etdirildiyi deyilib. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO