Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Bakı Metropolitenindən maraqlı tədbir – FOTO/VİDEO 

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Bakı Metropolitenindən maraqlı tədbir – FOTO/VİDEO 

Hazırda oxunan: Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Bakı Metropolitenindən maraqlı tədbir – FOTO/VİDEO 

139111

Bakı Metropoliteni 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "İçərişəhər" stansiyasında ənənə üzrə uşaqlar üçün şou-proqram hazırlayıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, builki bayramda uşaqlara həsr olunmuş bir-birindən fərqli və müxtəlif layihələr təqdim ediləcək: 

"Bakı Metropoliteni üçün 1 iyun xüsusi bir gündür. Metropolitenin azyaşlı sərnişinləri də var. Onlar üçün bayram tədbirlərinin keçirilməsi ilin müxtəlif vaxtlarında, müxtəlif hadisələrə həsr olunur. Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü də bu mənada xüsusi mövzudur. Bu günlə əlaqədar Bakı Metropoliteni iki xüsusi layihə hazırlayıb.
Birinci layihə ondan ibarətdir ki, metropoliten yeni istiqamətdə bir sosial layihəsini təqdim edir. Beləki, metropolitenin "Neftçilər" stansiyasının yaxınlığında olan havalandırma şaxtasının texniki zonasında kifayyət qədər imkanlar olduğu üçün həmin ərazidə yaşayan sakinlər və onların azyaşlı övladları, eyni zamanda idmanla məşğul olanlar üçün xüsusi şəraitin yaradılmasıdır.

Bununla bağlı həmin ərazidə abadlaşma işi aparılıb, yaşıllıqlar salınıb. Həmin ərazidə monitorinq apararaq belə bir idman qurğularına ehtiyac olunduğu üçün xüsusi uşaq əyləncə və idman-fitnes meydançası salınıb. Orada 18-ə yaxın idman qurğusu var. Bundan savayı bir neçə söhbətkahlar qurulub. Sakinlərin orada rahat dincəlməsi üçün müvafiq şərait yaradılıb". 

Digər vacib layihəsi isə "İçərişəhər" stansiyasında keçirilir. Beləki burada iki saat ərzində xüsusi layihə təqdim olunacaq. Uşaqların sevimli sirk ustaları, iri nəhəng oyuncaqlar buradadır. İllüziyaçı da öz proqramı ilə iştirak edəcək.

İllüziyaçı bu proqramına uşaqları da cəlb edəcək. “Bakı Metropoliteni” QSC-nin dəvəti ilə Əməkdar artist, şoumen, naşir Bəhram Bağırzadənin “Bakı uşaqlar üçün” adlı kitabını şəxsən kiçik yaşlı oxucularına imzalayaraq paylaması uşaqlar üçün unudulmaz xatirəyə çevriləcək".

Şən, hazırcavab “Bakılı oğlan” məzəli zarafatları, söhbətləri ilə metronun nəinki balaca sərnişinlərinə, böyüklərə də xoş anlar yaşadıb. Bəhram Bağırzadə uşaqların bayramını ürəkdən təbrik edərək, onlara xoş, firavan və sağlam həyat arzulayıb.  

Uşaq tamaşalarının personajları, birtəkərli velosiped sürənlərin jonqlyor oyunlarından ibarət cəlbedici şou-proqram bura gələn 7-77-ə hər kəsin marağına səbəb olub. Eyni zamanda janqlyorun bəzəkli şarlardan ibarət düzəltdiyi fiqurlar balaca sərnişinlərə paylanılıb.

Rəşad Əliyev, Bizim.Media 

 




























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO