Avropa Şurasının Kibercinayətkarlıq üzrə proqram ofisinin təşkilatçılığı ilə mart 3-5-də “Kiber təhdidlərə qarşı çevik mübarizə qrupları (CSİRT) ilə Hüquq mühafizə orqanları arasında əməkdaşlıq” mövzusunda beynəlxalq səviyyəli ekspertlərin iştirakı ilə onlayn seminar keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, seminarda prokurorluq, gömrük, ədliyyə orqanları və digər qurumların nümayəndələri iştirak ediblər.
MÖVZU İLƏ BAĞLI:
İşçilərlə müqavilə imzalamayan “Astara-nəqliyyat” ASC-nin rəhbəri cərimələndi
Seminarın əsas məqsədi kiber təhdidlər problemini daha yaxşı həll etmək və ölkədaxili təhlükəsizliyi gücləndirmək məqsədilə kiber hücumlara qarşı dayanıqlığını və ədalət mühakiməsi orqanlarının potensialını artırmaq və gücləndirməkdir.
Seminarda kibercinayətkarlıq sahəsində beynəlxalq əməkdaşlıq, müxtəlif ölkələrdə kibercinayətlərin araşdırılması standartları, bu növdən olan cinayətlərin istintaqı zamanı istintaq orqanları ilə CSIRT arasında rəsmi və qeyri-formal əməkdaşlıq üsulları və digər mövzular ətrafında müzakirələr aparılıb, bu sahədə milli qanunvericilik barədə ətraflı məlumat verilib.
Bunlarla yanaşı, təlim iştirakçıları arasında faydalı təcrübə mübadiləsi aparılıb.
Bizim.Media