Xətai sakinlərindən ETİRAZ – “İcra hakimiyyəti söküb gedib, küçəni özümüz təmir edirik” – FOTO/VİDEO

Xətai sakinlərindən ETİRAZ – “İcra hakimiyyəti söküb gedib, küçəni özümüz təmir edirik” – FOTO/VİDEO

Hazırda oxunan: Xətai sakinlərindən ETİRAZ – “İcra hakimiyyəti söküb gedib, küçəni özümüz təmir edirik” – FOTO/VİDEO

139088

“7-8 ay qabaq Xətai rayon İcra Hakimiyyətinin göstərişi ilə bizim Əhmədli massivində yerləşən Vanq-tau küçəsindəki məhəlləmizdə abadlıq işlərinə başlanıldı. Əvvəlcə həyətlərdə söküntü işləri aparıldı. Sonra 11 və 11A saylı binaların həyəti abadlaşdırıldı. 

Lakin bizim yaşadığımız 11B binasının nə həyəti, nə də ki, binanın özü abadlaşdırılmadı. Əvəzində yağışlı qış günlərində palçığın, indiki isti günlərdə isə tozun-torpağın içindən keçib getmək məcburiyyətində qalmışıq”.

Bunu Bizim.Media-ya müraciət edən sakinlər deyib. Onlar bildiriblər ki, hazırda avtomobillə həyətə girmək mümkün deyil:

“Binada 70-ə yaxın ailə yaşayır. Problemlə bağlı dəfələrlə Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Lakin faydası olmayıb. Axırda məcbur olub bina sakinləri özləri pul toplayıb. Həyətdə müəyyən işlər görmüşük. Lakin, həyəti abadlaşdırmaq üçün çox vəsait lazımdır. Sakinlərin isə buna imkanı yoxdur”.

Səslənən iradlarla bağlı Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən Bizim.Media-ya bildirildi ki, məsələdən məlumatlıdırlar:

“Burdakı bütün binaların həyətində abadlıq işləri aparılacaq. Planlı şəkildə əvvəl bir neçə binanın həyəti abadlaşdırılıb. 11B binasının həyətinin abadlaşdırılması bir qədər ləngiyib. Orda abadlıq işlərinin nə zaman yekunlaşdırılacağı barədə yaxın günlərdə məlumat verəcəyik”.
Mövzunu diqqətdə saxlayacağıq.
 






Surxay Atakişiyev,Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO