Azərbaycanda EESTEC beynəlxalq tələbə təşkilatının yerli bölməsi fəaliyyətə başladı

Azərbaycanda EESTEC beynəlxalq tələbə təşkilatının yerli bölməsi fəaliyyətə başladı

Hazırda oxunan: Azərbaycanda EESTEC beynəlxalq tələbə təşkilatının yerli bölməsi fəaliyyətə başladı

139065

Cənubi Qafqazda ilk dəfə olaraq “Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Elektrik Mühəndisliyi Tələbələrinin Avropa Birliyi Təşkilatının (EESTEC) Bakı şəhərində müşahidəçi statusunda “EESTEC Baku” adlı yerli bölməsi fəaliyyətə başlayıb.  

Elektrik Mühəndisliyi Tələbələrinin Avropa Birliyi (EESTEC) Avropa universitetlərinin Elektrik Mühəndisliyi və Kompüter Elmləri (EECS) ixtisaslarında təhsil alan tələbələrin peşəkar, akademik və şəxsi inkişafına dəstək olmaq məqsədilə 1986-cı ildə Hollandiyanın Eyndhoven şəhərində yaradılmışdır. Avropanın böyük tələbə təşkilatlarından hesab olunan EESTEC-in hazırda 24 ölkədə 48-dən çox yerli nümayəndəlikləri, yaxud yerli komitələri fəaliyyət göstərir. 

Elektrik mühəndisliyi və kompüter elmləri ixtisaslarında təhsil alan tələbələrin peşəkar, akademik və şəxsi inkişafına dəstək olmaq məqsədilə yaradılmış Elektrik Mühəndisliyi Tələbələrinin Avropa Birliyi Təşkilatının (EESTEC) yerli bölməsi “EESTEC Baku” yaxın günlərdə tələbələr üçün ümumi təqdimat tədbiri keçirəcək. 
“EESTEC Baku” təşkilatına üzvü olmaqla tələbələr beynəlxalq təşkilatın bir hissəsi olmaq şansı əldə edə, həmçinin, ixtisas düşərgələri, ustad dərsləri, kampusdan kənar seminarlar və hakatonlar kimi müxtəlif formatlı layihələrdə iştirak edərək liderlik, layihə idarə edilməsi, komanda quruculuğu fəaliyyətləri və yumşaq bacarıqlar inkişaf etdirmək fürsəti əldə edəcəklər.

“EESTEC Baku” platformasına eləcə də təşkilatın yaxın günlərdə keçiriləcək təqdimat tədbirinə qoşulmaq istəyən və yuxarıda qeyd olunan ixtisaslarda təhsil alan tələbələr qeydiyyat formu vasitəsi ilə müraciət edə bilərlər.

Qeyd edək ki, üzvlük üçün yalnız elektrik, elektronika, energetika, elektroenergetika, istilik energetikası mühəndisliyi, proseslərin avtomatlaşdırılması, kompüter elmləri, kompüter mühəndisliyi və əlaqəli ixtisaslarda təhsil alan tələbələr müraciət edə bilərlər.  
Üzvlük prosesini uğurla tamamlamaq, yarana biləcək suallara operativ cavab tapmaq və yerli bölmənin gələcək fəaliyyətindən xəbərdar olmaq məqsədi ilə “EESTEC Baku” platformasını sosial media hesabları üzərindən izləmək mümkündür.  

Qeydiyyat formu: //forms.gle/c2QBjmxUpPWKau1VA 

Sosial media hesabları:  

1. //www.linkedin.com/company/eestec-baku

2. //www.facebook.com/eestecaz  

2. //instagram.com/eestecbaku 

E-mail: [email protected] 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO