Azərbaycan təbii qaz mənbələrini artıracaq - RƏSMİ

Azərbaycan təbii qaz mənbələrini artıracaq - RƏSMİ

Hazırda oxunan: Azərbaycan təbii qaz mənbələrini artıracaq - RƏSMİ

139062

Azərbaycan hökuməti bərpaolunan enerji mənbələrini fəal şəkildə inkişaf etdirir. Azərbaycan özəl sektoru, xüsusən də xarici oyunçuları bu sektora cəlb etməyi qarşısına məqsəd qoyub.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda deyib.

“Ölkəmiz bərpaolunan enerji sahəsində böyük potensiala malikdir. Bu gün biz 1800 MVt gücündə layihə üzərində işləyirik və nəzərinizə çatdırmaq istəyirəm ki, layihə özəl sektorla əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Bu gün Azərbaycan qazının Aİ-yə ixracında mühüm rol oynayan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı olmuşuq. Bu gün biz qazımızı 6 ölkəyə ixrac edirik və inanırıq ki, bu ölkələrin sayı artacaq. Mən, həmçinin üçüncü ölkələrlə tərəfdaşlıq və əməkdaşlığın qarşıya qoyulan məqsədlərə çatmaq üçün çox vacib olduğunu hesab edirəm”, - deyə nazir bildirib.

O qeyd edib ki, Azərbaycan təbii qaz mənbələrinin artırılması üzərində işləyir:

“Bu gün ölkəmizin ehtiyatında 1,7 trilyon kubmetrə yaxın təbii qaz var ki, onu gələcəkdə digər ölkələrə də ixrac etməyi planlaşdırırıq. Bundan əlavə, 2028-ci ilə qədər bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi hesabına biz təxminən 1 milyard kubmetr qaza qənaət edərək ixraca yönəldəcəyik”.
Nazirin sözlərinə görə, gələcəkdə “yaşıl enerji”nin xarici bazarlara nəqli sahəsində birinci mərhələdə 4 qiqavat təmiz enerjinin Aİ-yə, 1 qiqavat enerjinin isə Türkiyəyə nəqli gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO