Qəbələdə güclü leysan: Laza kəndinə gedən yolda problem yarandı

Qəbələdə güclü leysan: Laza kəndinə gedən yolda problem yarandı

Hazırda oxunan: Qəbələdə güclü leysan: Laza kəndinə gedən yolda problem yarandı

139029

Dünən axşam Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb, bölgənin əksər ərazilərinə leysan yağışlar yağıb. 

Bizim.Media-nın yerli bürosi xəbər verir ki, leysan yağışları dağ çaylarında sel əmələ gətirib.

Xüsusən Dəmiraparan, Əlicançay, Daşağıl, Kiş, Şin, Kürmük və Muxax çaylarında su artıb.

Bölgədə ən çox yağıntı Qəbələnin Laza kəndi ətrafına düşdüyündən Dəmiraparan çayında sel təhlükəsi yaranıb. Lakin görülən tədbirlər nəticəsində ciddi fəsadlar qeydə alınmayıb. 

Çayın mənbəyində yerləşən Laza kəndinə gedən yolun bir hissəsini su yuyub. Yolun bir neçə yerində çatlar əmələ gəlib. Dərhal texnika cəlb edilib və problem aradan qaldırılıb. 

Hazırda bölgənin əksər çaylarında vəziyyət stabildir, heç bir sel təhlükəsi yoxdur. 

Şəki Regional Hava Məlumat bürosundan verilən son məlumata əsasən bu gün bölgə rayonlarında hava sabit və günəşli keçəcək. Növbəti gün isə temperaturun yenidən dəyişəcəyi gözlənilir. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO