"Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənclər torpaqlarımızı azad etdilər"- Prezident

Hazırda oxunan: "Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənclər torpaqlarımızı azad etdilər"- Prezident

13902

Bu reallığı biz yaratmışıq və mənəvi hazırlıq həlledici rol oynayıb. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi.

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında səsləndirib.

 

MÖVZU İLƏ BAĞLI:

''Qələbə tam bizi qane edir'' - İlham Əliyev 


Dövlətimizin başçısı deyib:

“Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır".

"Onlar yetişib, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO