Şəkidə OLAY: 47 yaşlı qadını ilan sancıb

Şəkidə OLAY: 47 yaşlı qadını ilan sancıb

Hazırda oxunan: Şəkidə OLAY: 47 yaşlı qadını ilan sancıb

139005

Bu gün axşam saatlarında Şəkinin Aşağı Göynük kənd sakini 47 yaşlı Məlahət Yusifova ilan sancması diaqnozu ilə təcili tibbi xidmət vasitəsi ilə xəstəxanaya çatdırılıb.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. 

İlkin araşdırmalarla məlum olub ki, Məlahət Yusifova şəxsi təsərrüfatında iş görən zaman otluqda olan ilan qəflətən onun sol ayağından sancıb.  
Qadına dərhal ilkin tibbi yardım göstərilib. İlan zəhəri əleyhinə zərdab vurulduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.  

Onun hazırda vəziyyəti orta-ağır olaraq qalır.   

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO