Göyçayda qasırğaya görə Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş iş rejiminə KEÇDİ 

Göyçayda qasırğaya görə Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş iş rejiminə KEÇDİ 

Hazırda oxunan: Göyçayda qasırğaya görə Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş iş rejiminə KEÇDİ 

138996

Göyçayda güclü külək və qasırğa səbəbindən TƏBİB-in tabeliyindəki Göyçay Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş iş rejiminə keçib. 

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ucarda güclü külək ağacları aşırdı - Rayonda elektrik enerjisi dayandırılıb


Hazırda tibb müəssisəsinin əksər tibb və qeyri-tibb heyəti işə cəlb edilib. 

Baş verən təbiət hadisələri ilə bağlı 2 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 

1964-cü il təvəllüdlü qadın pasiyentin müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Ona başın təpə və burun nahiyəsinin əzilmiş, cırılmış yaraları diaqnozu qoyulub. Vəziyyəti stabil qiymətləndirilir. 

Digər 1995-ci il təvəllüdlü qadın pasiyent bel (L2, L3) fəqərələrinin sınığı diaqnozu ilə TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO