Latviyalı diplomat: “Ölkəmiz Azərbaycanın ərazi bütövlüyünü və süverenliyini dəstəkləyir”

Latviyalı diplomat: “Ölkəmiz Azərbaycanın ərazi bütövlüyünü və süverenliyini dəstəkləyir”

Hazırda oxunan: Latviyalı diplomat: “Ölkəmiz Azərbaycanın ərazi bütövlüyünü və süverenliyini dəstəkləyir”

138972

“Mən artıq 3-cü dəfədir ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci ildə 44 günlük müharibə dövründə raket hücumları nəticəsində Gəncədə həlak olan mülki əhalinin xatirəsinə qoyulmuş memorial kompleksi ziyarət edirəm. Hər dəfə də burada raket zərbələri zamanı həlak olan uşaqların oyuncaqlarını görəndə çox pis oluram. Müharibə çox dəhşətli nəticələri olan acınacaqlı bir şeydir. Latviya bütün dünyada sülh və əmin-amanlıq olmasını arzulayır və münaqişələrin sülh yolu ilə həll olunmasını istəyir”.

Bu sözləri Bizim.Media-nın yerli bürosuna Gəncədə səfərdə olan Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Latviyanın müvəqqəti işlər vəkili Gəncədə səfərdədir - FOTO


Onun sözlərinə görə Latviya Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh müqaviləsinin bağlanmasını, tezliklə iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyasının həyata keçirilməsinə ümid edir: 

“Latviya Azərbaycanın ərazi bütövlüyünü və süverenliyini dəstəkləyir. Biz ümid edirik ki, Avropa İttifaqının dəstəyi ilə tezliklə ölkələr arasında davamlı sülh müqaviləsi imzalanacaq və insanlar bir daha müharibə, atəş səsləri, raket zərbələri eşitməyəcək”. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO