Latviyanın müvəqqəti işlər vəkili Gəncədə səfərdədir - FOTO 

Latviyanın müvəqqəti işlər vəkili Gəncədə səfərdədir - FOTO 

Hazırda oxunan: Latviyanın müvəqqəti işlər vəkili Gəncədə səfərdədir - FOTO 

138964

Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa Gəncəyə səfər edib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə Viya Buşa Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.   

Sonra qonaq Ermənistan silahlı qüvvələrinin 2020-ci ildə 44 günlük Vətən müharibəsi dövründə raket hücumları nəticəsində Gəncədə həlak olan mülki əhalinin xatirəsinə qoyulmuş memorial kompleksi ziyarət edib.

Diplomat terror zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.  

Diplomata məlumat verilib ki, həmin dövrdə Ermənistan ərazisindən atılan raket şəhərin “Qələbə parkı” adlanan ərazisinin ətrafında yerləşən yaşayış binasının üzərinə düşüb, çoxlu sayda evlər dağılıb, 5-i qadın olmaqla 11 nəfər həlak olub. Altısı uşaq, 16-sı qadın olmaqla 40 nəfər isə yaralanıb.  
Qeyd edilib ki, 2020-ci ilin oktyabr ayının 4-dən başlayaraq oktyabrın 17-sinədək 5 dəfə terror aktları törədilib. Ümumilikdə erməni terroru nəticəsində Gəncədə 26 nəfər həlak olub, 170-dən çox insan yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. 










Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO