Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin rəhbərliyinə müvəqqəti təyinat olub

Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin rəhbərliyinə müvəqqəti təyinat olub

Hazırda oxunan: Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin rəhbərliyinə müvəqqəti təyinat olub

138954

Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin rəhbərliyinə müvəqqəti təyinat olub.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Naxçıvan Regional Baş İdarəsinə rəhbərlik müvəqqəti olaraq DMX-nın Təşkilat-nəzarət baş idarəsinin rəisi 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Anar Xudiyevə həvalə olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanla Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ləğv edilib.

Bu səbəbdən , Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev və xidmət rəisinin müavini, miqrasiya xidməti müşaviri Elnur Məmmədovun vəzifələri ləğv olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncamına əsasən isə Naxçıvan Regional Miqrasiya Baş İdarəsi yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO