Şəki məktəbliləri tullantılara ikinci həyat verdi - FOTO

Şəki məktəbliləri tullantılara ikinci həyat verdi - FOTO

Hazırda oxunan: Şəki məktəbliləri tullantılara ikinci həyat verdi - FOTO

138927

Tullantılara ikinci həyat vermək nə qədər asan olsa da, onlardan kompozisiya hazırlamaq daha çətindir. 

Tullantılar müasir dövrdə ekoloji problemlərin artmasına təsir göstərən amillərdən biri hesab edilir. Dünyada tullantıların düzgün idarə olunması ilə bağlı bir çox layihələr və yaradıcı yanaşmalar tətbiq etməklə insanların diqqətini ətraf mühitin mühafizəsinə çəkmək geniş yayılmış təcrübələrdəndir.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu layihələr orta məktəblərdə şagird və müəllimlərin də diqqətindən yayınmır. 

Şəki şəhər 12 nömrəli məktəbin şagird və müəllimləri tullantılara necə düzən, ikinci həyat verməsindən bəhs edir. Nümayiş olunan müxtəlif əsərləri izlədikcə hiss edirsən ki, burda şagirdlərin əl əməyi, zəhməti var, sadəcə müəllimləri düzəliş verib. Şagirdlərin toxunuşu ilə lazımsız hesab edilən əşyaların gözəl sənət əsərlərinə çevrilməsi zövq oxşamaqla yanaşı, ətraf mühitə atılan tullantıların həcminin azalmasına səbəb olur.

12 nömrəli məktəbdə sərgilənən bu əsərlərin ana xəttini vətənpərvərlik mövzusunun təşkil etməsi isə ayrıca qürurvericidir. Elə qarşısında dayandığımız Nurayın əl işləri kimi.

Beşinci sinif şagirdi olan Nuray hazırladığı kompozisiyada Şuşa qalası fonunda baş tacımız olan bu şəhərin işğaldan azad edilməsi və qəhərman əsgərimiz sayəsində xarı bülübülün də artıq yetişməsi əksini tapir. Nurayın digər kompozisiyası gəmi maketidir ki, burada işağldan azad edilən şəhərlərin adları yazılıb. Yeri gəlmişkən, Nurayın hər iki əsəri qarşıdakı aylarda Respublika müsabiqəsinə təqdim ediləcək. Balaca istedadlar öz əl işlərini təqdim edir.

Dördüncü sinif şagirdi Nilufər Nəcəfovanı dinləyərkən sanki qarşında gələcəyin böyük sənətkarı dayanıb. Özünə inam və fikirlərini aydın izah etməsi bu işlərə sevgidən, təbiətə vurğunluğundan irəli gəlir. Onun kompozisiyası təbiəti əks etdirir və əsərə baxdıqca hiss edirsən ki, Nilufər bunlara günlərlə, bəlkə aylarla vaxt sərf edib. Lakin zəhməti hədər geymətib. Əl işləri sırasında Sevgi Mabudova və Ömər Əhmədovun də yaradıcılığı özünəməxsusluğu ilə seçilirdi. Biri şəhidləri digəri isə hər kəsin bir yurdu, evi olmasını tərənnüm edib. Sevgi Azərbaycan bayrağı və xəritəsi fonunda Şəki şəhidlərinin adları və şəkillərini əks etdirir. Ömər isə belə düşünür ki, hər kəsin bir eviŞ yurdu olmalı ki, rahat və firavan həyat sürə bilsin. 

Məktəb rəhbərliyi yaradıcı uşaqların yanındadır. 

Məktəbin direktoru Nəzakət Qəhrəmanzadə bildirir ki, sərginin keçirilməsində əsas məqsəd ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtlarının səmərəli istifadəsini təşkil etməkdir. Direktorla söhbətdən o da bəlli olur ki, şagirdlərə dərslərdə müasir ekoloji problemlərin yaratdığı fəsadlar, respublikamızda bu sahədə görülən işlər və hər bir vətəndaşın ətraf mühitin qorunmasındakı rolu barədə məlumatlar verilir.

Məktəb kollektivinin əsas hədəfi isə əl işlərini Respublika və beynəlxalq müsabiqələrə təqdim etməkdir.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO