Məscidlə “Azərişıq” arasında borc QALMAQALI – Rəsmi qurumdan CAVAB 

Məscidlə “Azərişıq” arasında borc QALMAQALI – Rəsmi qurumdan CAVAB 

Hazırda oxunan: Məscidlə “Azərişıq” arasında borc QALMAQALI – Rəsmi qurumdan CAVAB 

13889

Şəmkirin Çinarlı qəsəbəsində yerləşən məscidin “Azərişıq” ASC-yə 17 min manatdan çox işıq borcu olduğu iddia edilib. Bu barədə sosial şəbəkələrdə qəbzin fotosu paylaşılıb.

Qəbzdə qeyd olunub ki, məscidin işığa son ödədiyi məbləğ fevralın 26-da 20 manat olub. Daha ödənilməsi tələb olunan məbləğ isə 17 570.51 AZN olduğu göstərilib.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu Bizim.Media-ya açıqlamasında məscidin onlara borcu olmadığını bildirib:

“O dondurulmuş, yəni “Azərişığ” a qədər olan keçmiş borcdur. Qəbzdə həmin məbləğ göstərilsə də, dondurulmuş borcdur.

Dondurulmuş borc evlərdə, binalarda, fiziki və hüquqi şəxslərdə də olur. Bu da həmin ünvanla bağlı dondurulmuş borc olub. Məscid aylıq borcunu vaxtı-vaxtında ödəyir və hazırda “Azərişığ”a heç bir borcu yoxdur”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO