Azərbaycanlı gənc dünyanın məşhur şirkətində vəzifəyə TƏYİN OLUNDU  

Azərbaycanlı gənc dünyanın məşhur şirkətində vəzifəyə TƏYİN OLUNDU  

Hazırda oxunan: Azərbaycanlı gənc dünyanın məşhur şirkətində vəzifəyə TƏYİN OLUNDU  

138874

Azərbaycanlı gənc Əlisahib Qarayev dünyanın ən böyük kimya istehsalçısı şirkətində fəaliyyətə başlayıb.  
 
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri “Facebook” səhifəsi məlumat paylaşıb. 

Bildirilib ki, Ə.Qarayev BASF şirkətinin Maliyyə və Mühasibatlıq Departamentində EMEA - Regional Treasury Analyst vəzifəsinə qəbul olub.  

Qeyd edək ki, Ə.Qarayev 2016-2020-ci illərdə Azərbaycan Universitetinin Biznes və İqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsini yüksək nəticə ilə başa vurub.  

O, 2020-2021-ci illərdə Berlin şəhərində yerləşən International Universitydə International Finance and Accounting ixtisasından magistr təhsili alıb. 2022-ci ildə dünyanın ən nüfuzlu konsaltinq şirkətlərindən biri olan KPMG-də maliyyə məsləhətçisi kimi təcrübə keçib.  
İngilis və alman dillərini bilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO