Biləsuvarda sel təsərrüfatlara ciddi ziyan VURDU – FOTO  

Biləsuvarda sel təsərrüfatlara ciddi ziyan VURDU – FOTO  

Hazırda oxunan: Biləsuvarda sel təsərrüfatlara ciddi ziyan VURDU – FOTO  

138864

Biləsuvar rayonunda yaranan sel təhlükəsi məqsədi ilə 3 kəndin sakinləri təxliyə olunub.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, İran islam Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə keçən Bolqarçay çayına da sululuğun kəskin artması nəticəsində Biləsuvar rayon ərazisində bir neçə kənd üçün sel təhlükəsi yaranıb.

Dərhal FHN-nin Muğan Regional Mərkəzinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri və ağır texnikası əraziyə cəlb olunub, aidiyyatı dövlət qurumları məlumatlandırılıb. Bölgədə əməliyyat şəraiti qiymətləndirilib və aparılan təhlillər nəticəsində ehtimal edilən sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı kəndindən 40, Amankənd kəndindən 38, Muğanlı kəndindən isə 93 ailə təxliyə olunub. 

Sel arı təsərrüfatlarına ciddi ziyan vurub. Operativ olaraq Bolqarçay çayı üzərində sel təhlükəsi aradan qaldırıldıqdan sonra təxliyə olunmuş əhalinin yaşayış yerlərinə qaytarılması təmin olunub. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO