İntellektual oyunlar üzrə kubok yarışlarının qalibləri bəlli oldu  - FOTO

İntellektual oyunlar üzrə kubok yarışlarının qalibləri bəlli oldu  - FOTO

Hazırda oxunan: İntellektual oyunlar üzrə kubok yarışlarının qalibləri bəlli oldu  - FOTO

138839

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şəki rayonunun məktəb komandaları arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunları üzrə kubok yarışları keçirilib. 

Bizim.Media-nın yerli bürosu Şəki-Zaqatala Regional Təhsil İdarəsinə istinadən bildirir ki, Qoxmuq kənd tam orta məktəbin akt zalında keçirilən kubok yarışına rayonun 21 təhsil ocağının komandası qatılıb.

Zonalar üzrə yarışan komandalar daha sonra final mərhələsində qarşılaşıb. Nəhayət qaliblər bəlli olub. Belə ki, şəhər Kimya-biologiya təmayüllü liseyin “KVEBEK” komandası intellektual oyunun qalibi olub və kuboku başı üzərinə qaldırıb.

Şəhər 18 nömrəli tam orta məktəbin “Çələbi xan” komandası yarışları ikinci, Oxud kənd tam orta məktəbin “Şuşa” komandası isə üçüncü yerdə tamamlayıb.  

Qalib komandalara kubok və diplomlar, xatirə hədiyyələri təqdim edilib. 



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO