Vətən Müharibəsi iştirakçısının işlə təmin olunması ilə bağlı AÇIQLAMA

Vətən Müharibəsi iştirakçısının işlə təmin olunması ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Vətən Müharibəsi iştirakçısının işlə təmin olunması ilə bağlı AÇIQLAMA

138755

Bir neçə gün əvvəl Xaçmazda Vətən Müharibəsi veteranı Etibar Babakişiyevin üzərinə benzin töküb yandırmağa cəhd etməsi barədə  məlumat vermişdik.

Bizim.Media olaraq veteranın hansı səbəbdən intihara əl atması səbəbi ilə maraqlandıq. 

Etibar Babakişiyev sorğusuna cavab olaraq məşğulluq idarəsi tərəfindən 3 ildir işlə təmin olunma məsələsinin həll olunmamasından narazı olduğunu bildirib.

Veteranın şikayətinə Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızından cavab aldıq. Onun açıqlamasına görə, qurum tərəfindən Vətən Müharibəsi iştirakçılarının məşğulluğuna diqqət göstərilməsi daim diqqətdə saxlanılır:

"Xaçmaz rayonunun Sabiroba kənd sakini, Vətən Müharibəsi iştirakçısı Etibar Murad oğlu Babakişiyevin ötən il maldarlıq təsərrüfatı qurmaq məqsədilə  özünüməşğulluq proqramına qoşulmaq üçün müraciəti alınıb.
Lakin ilkin monitorinq aparılması üçün  26 avqust 2022-ci il tarixində onunla əlaqə saxlanılmağa çalışılsa da, onun məşğulluq filialına təqdim etdiyi telefon nömrəsinə zəng çatmayıb və  monitorinq keçirilməsi də mümkün olmayıb.

Daha sonra Etibar Babakişiyev 10 may 2023-cü il tarixində filiala ərizə ilə müraciət edərək özünüməşğulluq proqramına qoşulmaqdan imtina edib və haqqı ödənilən ictimai işlə  təmin edilmək istədiyini bildirib.

Əsmər Nəcməddinqızı məlumatında  qeyd edib ki, Etibar Babakişiyev bir müddət sonra bu istəyindən də imtina edib:

"Mayın 11-də həmin işlə  təmin edilməsi üçün qeydiyyata alınsa da mayın 25-də filiala təkrar müraciət edərək ictimai işlə təmin edilmək istəmədiyini, yenidən özünüməşğulluq proqramına qoşulmaq istəyini ifadə edib.

Yenə də qeydiyyata alınıb, amma bu dəfə də 26 may 2023-cü il tarixində təkrar fikrini dəyişərək ictimai işlə təmin edilmək istədiyini bildirib.

Beləliklə, Dövlət Ağentliyinin sözçüsü   onun bu dəfəki müraciətinə də qanunamüvafiq qaydada baxılıb köməklik göstəriləcəyini qeyd edib.

Xatırladaq ki, Vətən Müharibəsi veteranı Etibar Babakişiyevi Xaçmaz RİH başçısı Elnur Rzayev də qəbul edib və problemləri ilə maraqlanıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO