Lənkəran icra başçısının sabiq müavini ilə bağlı qərar çıxarıldı

Lənkəran icra başçısının sabiq müavini ilə bağlı qərar çıxarıldı

Hazırda oxunan: Lənkəran icra başçısının sabiq müavini ilə bağlı qərar çıxarıldı

138719

Ali Məhkəmədə Lənkəran Rayon İcra Hakimiyyəti (RİH) başçısının sabiq müavini Rasilə Arifqızının barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilməyib, aşağı instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Lənkəran RİH-in başçısının sabiq müavini R.Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb.

İstintaqla, R.Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında R.Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Lənkəran Rayon Məhkəməsinin hökmü ilə ona 4 min manat cərimə cəzası təyin olunub. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO