Martın 28-də terror hücumuna məruz qalmış Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa iki aylıq fasilədən sonra parlamentin bu gün keçirilən plenar iclasında iştirak edir.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, deputat səhhətindəki problemlərlə əlaqədar iki aydır Milli Məclisin komitə və plenar iclaslarında iştirak edə bilmirdi.
Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Nəticədə o, bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Hadisədə əli olan bir neçə nəfər tutulub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:25 / 30.05.2023
Fazil Mustafa iki aylıq fasilədən sonra parlamentin iclasına QATILDI
Hazırda oxunan: Fazil Mustafa iki aylıq fasilədən sonra parlamentin iclasına QATILDI
Hazırda oxunan: Fazil Mustafa iki aylıq fasilədən sonra parlamentin iclasına QATILDI
138686
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.