Vaqif Mustafayev:

Vaqif Mustafayev: "Elxan "Sürücü Əhməd" rolu ilə yaddaşlarda qalacaq" - VİDEO

Hazırda oxunan: Vaqif Mustafayev: "Elxan "Sürücü Əhməd" rolu ilə yaddaşlarda qalacaq" - VİDEO

138683

"Bu gün biz bizdən birini itirdik".

Bu sözləri kinorejissor, Xalq artisti Vaqif Mustafayev Əməkdar artist Elxan Qasımovla keçirilən vida mərasimində iştirakı zamanı Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Elxan Qasımovun qızı atasının arzusunu AÇIQLADI - ÖZƏL


Sənətkar mərhum həmkarı ilə bağlı xatirələrini dilə gətirib:

"Elxan Qasımov əfsanəvi şəxsiyyət idi. Allah onu yaradıb, kinoya gətirib. Yadda qalan rollarından biri "Əhməd haradadır?" adlı filmdə "Sürücü Əhməd"dir. Azərbaycanda insan yoxdur ki, onu tanımasın, alqışlamasın. O, birazdan dəfn olunacaq, hamı alqışlayacaq. Amma bu, onun son alqışları olmayacaq. Onun "Sürücü Əhməd" rolu hələ uzun müddət yaddaşlarda yaşayacaq".

V.Mustafayev E.Qasımovla sonuncu dəfə vida mərasimlərinin birində rastlaşdığını söyləyib:

"Onunla sonunci dəfə dəfn mərasimlərin birində rastlaşdım. Dəfn mərasimində o, məni təbrik etdi. Çaşıb, qaldım ki, dəfndə niyə məni təbrik edir. Sən demə, məni Prezident təqaüdü almağım münasibəti ilə təbrik edib. Elxan elə istiqanlı insan idi ki, hər yerdə istəyirdi yaxşılıq etsin, yaxşı söz desin, hətta hüzr yerində də".

Sənətkar bildirib ki, mərhum hər zaman sağlam olub və xəstəliyi haqda heç zaman danışmayıb:

"O, hər zaman sağlam olub. Eşitdim ki, reanimasiyadadır. İstədim gedib ona baş çəkim, amma dedilər ki, olmaz. Düşündüm ki, bu gün sabah onu palataya keçirərlər, mən də gedib ona dəyərəm. Amma dünən mənə xəbər verdilər ki, Elxan Qasımov vəfat edib.
1973-cü ildən bu kinostudiyaya gələndən düz 50 ildir ki, Elxan hər zanan gözümün önündədir. O hər zaman gülərüz, gülməli əhvalat danışan və çox qayğıkeş idi. Allah rəhmət eləsin".

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO