Zaqatalada ağır QƏZA - Minik avtomobilləri daşıyan TIR aşıb - VİDEO

Zaqatalada ağır QƏZA - Minik avtomobilləri daşıyan TIR aşıb - VİDEO

Hazırda oxunan: Zaqatalada ağır QƏZA - Minik avtomobilləri daşıyan TIR aşıb - VİDEO

138678

Zaqatalada yük daşıyan TIR qəza törədib. İlkin ehtimallara görə, sürücü yuxulu olub və bu səbəbdən qəza baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd-magistral yolunun Zaqatalanın Qazangül kəndi ərazisindən keçən hissəsində beynəlxalq daşımalar həyata keçirən və Gürcüstan vətəndaşının idarə etdiyi TIR qəza törədib. 

Qəza törədən TIR-ın qoşqusunda xarici ölkələrdə istehsal edilən minik avtomobilləri olub. 

Hadisə şahidlərinin sözlərinə görə, TIR hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı işıq dirəyinə dəyib. Maşın yoldan çıxaraq aşıb. 

Sürücü xəsarət almasa da, TIR-ın qoşqusundakı minik avtomobillərinə ciddi ziyan dəyib. 

Qəza ilə bağlı sözügedən magistralda qısa müddətə hərəkətdə məhdudiyyət yaransa da, tezliklə hərəkət bərpa olunub.

Haizrda qəzanın baş vermə səbəbləri araşdırılır. 
 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO